İDMAN


Elmir Əliyev: Məqsədim Olimpiya çempionu olmaqdır

Bu mötəbər idman yarışında qızıl medal qazandığım üçün çox sevincliyəm. Yarışa ciddi hazırlaşmışdım. Məqsədim çempionluq idi və buna da nail oldum. Rəqiblərim arasında ən çətin görüş yarımfinalda moldovalı idmançı ilə oldu. Digər idmançılarla görüşdə qələbə qazanmaqda elə də çətinlik çəkmədim.

Bu sözləri AZƏRTAC-a müsahibəsində XV Avropa Gənclər Yay Olimpiya Festivalında 51 kiloqram çəki dərəcəsində qızıl medal qazanan yunan-Roma güləşçimiz Elmir Əliyev deyib.