MÜSAHİBƏ


Dmitri Yablonski: Festivalımız bu il də yüksək səviyyədə keçdi

Həmişə olduğu kimi, festivalımız bu il də yüksək səviyyədə keçdi. Festivaldan qabaq həmişə həyəcanlanıram ki, görəsən necə keçəcək? Hər şey istədiyimiz kimi oldu. Festivalda yenə də məşhur orkestrlər, solistlər, ifaçılar iştirak etdi. “Kiyev virtuozları” simfonik orkestrinin konsertlərinin hər birini şah əsər (şedevr) adlandırmaq olar. Xüsusilə, azərbaycanlı gənc solistlərin, musiqiçilərin ifaları məni çox təəccübləndirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, dünya şöhrətli violonçel ifaçısı və dirijor Dmitri Yablonski avqustun 5-də, festivalın bağlanış mərasimində jurnalistlərə müsahibəsində deyib.