MÜSAHİBƏ


Allahşükür Paşazadə: Ehtiyacı olan insanlara qan vermək şəriətin və dinin istəyidir

Bu fikri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
Şeyxülislam bildirib ki, Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır. Bu gün zəncirvurma, başyarma, qançıxarma halları bəyənilmir. Buna görə də qərara gəlindi ki, qanvermə aksiyası təşkil olunsun. Öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir.