MÜSAHİBƏ


Marina Brouer: Azərbaycanla dostluğumun böyük tarixi var

Azərbaycanla dostluğumun böyük tarixi var. Bütün intellektual irsini mənə miras qoymuş maestro Yevgeni Svetlanov bəstəkar Qara Qarayevlə dost olub. O, mənə bəstəkar Qara Qarayevlə dostluğundan çox danışıb. Qara Qarayevin böyük bəstəkar olduğunu deyirdi.
Bu fikirləri Yevgeni Svetlanov Beynəlxalq Dirijorlar Müsabiqəsinin təsisçisi Marina Brouer “Transsiberien” festivalına həsr edilmiş mətbuat konfransından sonra AZƏRTAC-a müsahibəsində söyləyib.