Sərdar Ünsal: Ermənistan işğal etdiyi torpaqlardan dərhal çəkilməlidir
25.09.2019 [15:05]
Xəbərin mətni
Ermənilər hər zaman bizə xəyanət ediblər, nə qədər yaxşılıq etsək də, əvəzində pislik görmüşük. Ötən əsrin əvvəllərində Anadolunun şərqində əliyalın xalqımıza qarşı ağır qətliamlar törədiblər. 1992-ci ildə törətdikləri Xocalı soyqırımı da bu cinayətlərin davamıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal deyib.