Silvi Qanbye: Məhsullar çox dadlıdır və nəfis şəkildə qablaşdırılıb
30.09.2019 [12:08]
Xəbərin mətni
Zəfəran çayını ilk dəfə daddım. Qeyri-adi və gözəl dadı var. Dəfnə yarpağı və kəkotu arasında bir dad hiss etdim. Zəfəran mürəbbəsin də ilk dəfədir görürəm, inanılmazdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə Sen-Sülpis (Saint Sulpice) meydanında təşkil edilmiş “Çay şəhərciyi”ndə ölkəmizi təmsil edən Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” stendinin ziyarətçisi Silvi Qanbye söyləyib.