MÜSAHİBƏ


Jak Matyö: Təbii yolla qurudulan meyvələr çox dadlıdır

Çox dadlı və ətirli, aromatlı çaydır. Bu quru meyvələrin də dadına baxdım, çox yaxşı və keyfiyyətlidir. Zəfəran mürəbbəsini xüsusi qeyd etmək istəyirəm, çox dadlıdır. Quru meyvələr təbii yolla qurudulduğu görünür. Ərik qurusunu çox sevdim. Çox dadlı məhsullar var. Məhsulların qablaşdırılması və təqdimatı gözəldir. Bütün məhsulların dadına baxmaq istəyi yaranır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə Sen-Sülpis (Saint Sulpice) meydanında təşkil edilmiş “Çay şəhərciyi”ndə ölkəmizi təmsil edən Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” stendinin ziyarətçisi Jak Matyö söyləyib.