MÜSAHİBƏ


Ülvi Mehdiyev: “ASAN xidmət” modelinin digər ölkələrə ixracı istiqamətində işlər görülür

Bu yaxınlarda Özbəkistanda növbəti anlaşma sazişi imzalanıb. Bu bizim beynəlxalq tərəfdaşlarımızla bağladığımız 12-ci müqavilədir. Həmin ölkələrin 10-da “ASAN xidmət” modelinin ixracı ilə bağlı işlərə başlanılıb. Tacikistan və Qırğızıstan da “ASAN xidmət” modelinin ixracı ilə əlaqədar müraciət edib. İxrac istiqamətində işlər aparılır. Təkcə “ASAN xidmət” modeli yox, ümumiyyətlə Azərbaycanın IT həlləri proqramları da digər ölkələrə ixrac olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.