Min evli Kəsəmən və İsrafil Ağanın evi REPORTAJ
10.10.2019 [13:31]
Xəbərin mətni
Yetmiş səkkiz yaşlı Ağstafa sakini tez-tez uzaq yol qət edib qədim yurdunun - Kəsəmənin unudulmaqda olan tarixi abidələrinə baş çəkməyə gəlir. Onu buna sövq edən 52 ildir qoyub getdikləri tarixi abidələrdir - iki məscid, bir qala, bir də vaxtilə kəndin kovxası olan İsrafil ağaya məxsus ev.