Azərbaycan-Pakistan münasibətləri: Prezident Arif Alvi AZƏRTAC-a müsahibəsində əməkdaşlığın perspektivlərindən danışıb
28.10.2019 [19:07]
Xəbərin mətni
Pakistan və Azərbaycan arasındakı əməkdaşlıq iki xalq və ölkə arasındakı sıx dostluq münasibətlərinin mahiyyətini əks etdirir. Biz məhz bu dostluğa əsaslanaraq möhkəm tərəfdaşlıq əlaqələri qurmuşuq.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi deyib. Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə Toplantısında iştirak etmiş Pakistan Prezidenti ölkələrimiz arasındakı əlaqələr barədə danışaraq bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüb.