MÜSAHİBƏ


Qulam İshaqzai: Böyük şairin yubileyini 650 min ağac əkməklə qeyd etmək alqışa layiqdir

Bu fikri AZƏRTAC-a müsahibəsində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.
Diplomat deyib: “BMT-nin Azərbaycandakı nümayəndəliyi bu təşəbbüsü bir neçə səbəbə görə dəstəkləyir. Birincisi, biz bilirik ki, ağaclar həyatımızın vacib bir hissəsidir. Hansısa şəhəri ağacsız təsəvvür etmək mümkün deyil. Ağaclar havanı qoruyur, səs-küyü azaldır, şəhərlərdə yaşıllıq yaradır. Ən vacibi isə odur ki, bu qədər ağacın əkilməsi ilə Azərbaycan İqlim Sazişi üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə töhfə verəcək.