MÜSAHİBƏ


Stanislav Zvolenski: Bakı Sammiti müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək

Dünya dini liderlərinin II Bakı Sammiti çox yüksək səviyyədə təşkil olunub və inanıram ki, bu tədbir müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak edən Bratislava Arxiyepiskopu Stanislav Zvolenski jurnalistlərə müsahibəsində deyib.