MÜSAHİBƏ


Ravvin Eli Abadi: Azərbaycan dünyada multikulturalizm və dinlərarası əməkdaşlıq diyarı kimi tanınır

Azərbaycanın dünyada multikulturalizm, tolerantlıq və dinlərarası əməkdaşlıq diyarı olduğunu nəzərə alsaq, burada Dünya dini liderlərinin II Sammitinin keçirilməsi heç də təsadüfi deyil. Müxtəlif ölkələrin din xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, dini konfessiya və təriqət liderlərinin bir araya gələrək sülh, qardaşlıq və insanlıq naminə birgə səylər göstərməsi sevindirici haldır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin iştirakçısı, amerikalı ravvin Eli Abadi jurnalistlərə müsahibəsində deyib.