2020-ci ildə İtaliyada təşkil edilən bütün qida sərgilərində Azərbaycan məhsulları sərgilənəcək
28.11.2019 [15:18]
Bu fikirəri İtaliya - Azərbaycan Ticarət palatasının prezidenti Manuela Traldi deyib. O qeyd edib ki, Azərbaycanda istehsal edilən məhsulların keyfiyyəti getdikcə artır. Sizin ölkənizdə istehsal olunan məhsullar artıq Avropa standartlarına tam cavab verir. Bu da bizə imkan verir ki, bu məhsulları İtaliyan bazarına rahat şəkildə çıxaraq.