MÜSAHİBƏ


“Azərbaycan Bələdçisi” kitabı italyanlara Azərbaycan haqqında məlumat verir

Kitabımız mahiyyət etibarilə turistik bələdçidir. Amma o, digər bələdçilər kimi yalnız ziyarət ediləcək yerlərin siyahısından ibarət deyil. Bu kitab italyanlara Azərbaycan cəmiyyəti, mədəniyyəti, tarixi barədə məlumat verir. İtaliyada Azərbaycan iqtisadi inkişafına, ticarət münasibətlərimizə görə tanınıır. Amma sizin ölkənizin turizm potensialı və zəngin mədəniyyəti haqqında da məlumatlara ehtiyac var. Bu kitab vasitəsilə italyan ictimaiyyətinə tamamilə yeni olan məlumatlar verməyə çalışdıq. Kitabda Azərbaycan mətbəxi, milli kulinariya nümunələri haqqında da ətraflı məlumatlar yer alıb. Bu fikirləri “Azərbaycan Bələdçisi” kitabının redaktoru Daniele Bosi deyib.