MÜSAHİBƏ


Azərbaycan və İtaliya arasında ticarət əlaqələri sürətlə genişlənir

Bu yaxınlarda Azərbaycanda rəsmi səfərdə olmuşuq. Səfər zamanı Azərbaycan Parlamentinin üzvləri, dövlət strukturunun nümayəndələri ilə görüşlər keçirmişik. Deyə bilərəm ki, ikitərəfli münasibətlər, xüsusilə də ticarət əlaqələri sürətlə genişlənir. Bizim təhsil sahəsində də münasibətlərimiz inkişaf etməkdədir. Azərbaycandan İtaliya universitetlərində təhsil almağa gələn tələbələrin sayı ildən ilə artır. Azərbaycana səfərimiz zamanı Bakıdan başqa, Azərbaycanın regionlarını da görmək şansımız oldu. Şəkiyə, Qaxa səfər etdik. Azərbaycanın gözəlliyi məni valeh etdi. Güman edirəm ki, turizm əlaqələrimizin də inkişafı üçün geniş imkanlar var. Bunun üçün Azərbaycanın inkişaf etmiş turizm infrastrukturu var. Bu fikirləri İtaliya Senatının Xarici əlaqələr komissiyasının sədri Vito Petrocelli deyib.