MÜSAHİBƏ


Türk xalqlarının mədəni irsinin təbliği bizim üçün xüsusi əhəmiyyət kəsb edir

İspan oxucusu əvvəllər böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin ədəbi irsi barədə o qədər də məlumatlı deyildi. Lakin Azərbaycan Respublikası tərəfindən ölkədən kənarda təşkil edilən müxtəlif tədbirlər mütəfəkkir-şair barədə geniş ictimaiyyətin məlumatlanmasına imkan yaratdı.
Bu barədə AZƏRTAC-a müsahibəsində İspaniya İpək Yolu İnstitutunun vitse-prezidenti Enrike Qaspar deyib.
E.Qaspar vurğulayıb ki, bu mənada, Azərbaycan və Türkiyə səfirliklərinin birgə keçirdikləri tədbirin əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Türk xalqlarının mədəni irsinin təbliği bizim üçün xüsusi əhəmiyyət kəsb edir.