Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsiminin qardaşı Şahi Xəndan kimdir REPORTAJ

13.12.2019 [16:23]

Xəbərin mətni

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu türbə (el arasında Şahxəndan türbəsi adlandırılır) Şamaxı şəhər qəbiristanlığında yerləşir. Azərbaycanın Orta əsr maddi-mədəniyyət abidələri içərisində Şahxəndan türbəsi memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir.