MÜSAHİBƏ


Elmi diasporumuz Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq

Dekabrın 15-də Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində bu ölkədə magistratura və doktorantura pillələrində təhsillərini başa vuran və işləyən, həmçinin təhsilini davam etdirən, elmi tədqiqatlarla məşğul olan elmi diasporumuzun nümayəndələrinin Parisdə bir araya gəlməsi sevindirici haldır. Çünki Fransada nəqliyyat sahəsində kütləvi tətilə baxmayaraq, uzaq şəhərlərdə yaşayan azərbaycanlı gənclərin bu tədbirə qatılması onların Vətənə sevgisini və bağlılığını əks etdirir.
Bu fikirləri Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) prezidenti, Parisdə Azərbaycan elmi diasporunun təsis yığıncağının təşkilatçısı Günel Səfərova AZƏRTAC-a müsahibəsində bildirib.