Alban Klod: Fransada fəaliyyət göstərən azərbaycanlı tədqiqatçıların assosiasiyada birləşməsi zəruridir
17.12.2019 [11:05]
Xəbərin mətni
Bu fikirləri Azərbaycan elmi diasporunun təsis yığıncağında iştirak edən Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsi, tarixçi Alban Klod AZƏRTAC-a müsahibəsində söyləyib.
Bildirib ki, Azərbaycan elmi diasporunun yaradılması Fransa cəmiyyətinə də bir mesajdır. Azərbaycan diasporunun Fransanın elmi-tədqiqat sahəsinə, eləcə də cəmiyyətin inkişafına töhfə verdiyini göstərəcəyik. Bu, hər iki ölkə üçün çox vacibdir.