20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb
20.01.2020 [12:25]
Xəbərin mətni
Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda 20 Yanvar faciəsinin 30-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirib. Mərasimdə Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai və mədəni xadimlər iştirak ediblər.