QAN YADDAŞI


Ağsuda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xəbərdarlıq etmədən Bakıya silahlı basqını, dinc, əliyalın insanların gülləbaran edilməsi, hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan xalqının azadlıq istəyinə, azadlıq arzularına qarşı yönələn qəsd idi. Vəhşicəsinə törədilən bu qəsd tariximizin qanla yazılan səhifələrindəndir. Həmin vaxt 147 nəfər mülki şəxs amansızlıqla öldürülüb, 744 nəfər dinc, günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.