Azərbaycan Dövlət İnformasiya Agentliyi

Latviyada 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

20.01.2020 [15:49]

Xəbərin mətni

Azərbaycan Respublikasının Latviyadakı Səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin birgə təşkilatçılığı ilə adı çəkilən Muzeydə 20 Yanvar faciəsinin 30-cu ildönümünə və Barrikada hadisələrinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.