QAN YADDAŞI


20 Yanvar şəhidlərinin xatirəsi Budapeştdə də anılıb

Azərbaycanın Macarıstandakı səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, səfir Vilayət Quliyev Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin gündən 30 il keçdiyini və xalqımızın şəhidlərimizi ehtiramla yad etdiyini söyləyib. Səfir ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığı barədə danışıb.