MÜSAHİBƏ


Mixail Qusman Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etdi

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının məhz doğulduğum gün baş tutduğuna görə çox məmnunam. Bu tədbirə dəstək verdiklərinə və onu nəzarət altına götürdüklərinə görə Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə minnətdarlığımı bildirmək istəyirəm”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman deyib.
“Düzü, müasir Azərbaycan tarixində Rusiyadan ictimai xadimlərdən, mədəniyyət xadimlərindən ibarət belə geniş nümayəndə heyəti gəldiyini xatırlamıram. Demək istəyirəm ki, bütün nümayəndə heyəti Bakı torpağında olmaqdan çox məmnundur. İş yalnız ənənəvi Azərbaycan qonaqpərvərliyində deyil, həm də dostluq, əməkdaşlıq və diqqət ab-havasındadır. Azərbaycanla Rusiya arasındakı tarixi və mədəni əlaqələr həmişə bir-birinə sıx bağlı olub”, - M.Qusman bildirib.