MÜSAHİBƏ


Mixail Şvıdkoy: Bir- birimizi necə sevdiyimizi göstərmək üçün nəsə sübut etməyə ehtiyac yoxdur

"Bakıda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı Azərbaycanla Rusiya arasındakı münasibətlərin səviyyəsini, xarakterini göstərir".
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlığa dair xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
“Bugünkü konfrans mühüm əhəmiyyət daşıyır. Deməliyəm ki, 10 il əvvəl ilk belə konfrans Bakı Forumunun təməlini qoydu. Dünya miqyaslı tədbirə çevrilən bu forum istər iki, istərsə də çoxtərəfli münasibətlərdə çox böyük beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. Şübhəsiz ki, bu gün Azərbaycan bizim üçün Qafqazda mühüm strateji tərəfdaşdır. Böyük planlarımız var. Bir-birimizi necə sevdiyimizi göstərmək üçün nəsə sübut etməyə ehtiyac duymuruq”.