CƏMİYYƏT


Çindən gələn vətəndaşlarda koronavirus əlamətləri baş verdikdə xüsusi həkim nəzarətində olacaqlar

Səhiyyə Nazirliyi Çində aşkarlanan koronavirusla əlaqədar profilaktik tədbirlər hazırlayıb. Bunun üçün stasionarlar ayrılıb, əhali məlumatlandırılıb. Bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, insanlar özlərini qorumalı, xəstə halda iş yerinə və kütləvi yerlərə getməməli, maskadan istifadə etməlidirlər. Çinə gedən vətəndaşların səfərlərini təxirə salmaları tövsiyyə olunur. Çindən gələn vətəndaşlarda koronavirus əlamətləri baş verdikdə xüsusi həkim nəzarətində olacaqlar.