CƏMİYYƏT


Azərbaycanda koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilənlərdə virus aşkarlanmayıb

Hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. 1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə yanvarın 19-da Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq. 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı isə Çində təhsil alır. Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, buna baxmayaraq inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq. Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar. Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.