MÜSAHİBƏ


Polad Bülbüloğlu: Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq

Çox duyğuluyam. Bu gün ötən 75 ildə ən gözəl ad günümü keçirirəm. Əsgərlərlə birgə, Qarabağa yaxın bir yerdə. Buradan Qarabağ dağları görsənir. Əsgərlərlə bir yerdə yemək yedik, çay içdik, tort kəsdik, rəqs etdik. Bundan xoşbəxt gün tapmaq çətindir. Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq. Bu marşı özüm ifa edəcəyəm. Arzum budur ki, biz Qarabağa, Şuşaya qayıdaq və Cıdır düzündə gözəl tədbirlər keçirək. Xarı Bülbül festivalını yenidən təşkil edək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar və müğənni Polad Bülbüloğlu Beyləqanda “N” saylı hərbi hissədə olarkən jurnalistlərə müsahibəsində söyləyib.