QAN YADDAŞI


Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin paytaxtı Ankara şəhərində “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil olunan konfransda diplomatlar, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.