CƏMİYYƏT


Bu gün hərarətləri yüksək olan Azərbaycan və İran vətəndaşları xəstəxanaya yerləşdirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat xidmətlərinin birgə məlumatı yayıb. Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, fevralın 24-ü yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.
Onlar 1995 və 1998-ci il təvəllüdlü Azərbaycan və İran vətəndaşlarıdır. Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan biraz yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.