MÜSAHİBƏ


Sinan Oğan: Xocalı soyqırımını törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verəcəklər

Erməni vandalları tərəfindən Xocalıda törədilənlər bəşəri cinayət, soyqırımı aktıdır. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı insanlıq əleyhinə cinayət olaraq, düşünülmüş və planlaşdırılmış şəkildə həyata keçirilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan söyləyib.