CƏMİYYƏT


Ölkəmizdə koronavirusla bağlı vəziyyət necədir? Baş infeksionistdən AÇIQLAMA

Azərbaycanda bugünə olan məlumata görə, koronavirus qeydə alınmayıb. Qonşu ölkələrdə varsa, dünyada yayılıbsa bizim ölkəmizdə də yayılma ehtimalı qalır. Çində başlayan koronavirusla bağlı tədbirlər daha da gücləndirilmiş rejimdə davam etdirilir. Xüsusi ilə İranda xəstəliyin yayılması bizim məsuliyyətimizi qat-qat artırır. Bunu açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.