TRT HABER: İnsanlıq tarixinin ən acımasız qətliamlarından biri kimi tarixə düşən Xocalı soyqırımı
26.02.2020 [13:05]
Türkiyənin TRT HABER televiziyası Xocalı soyqırımı ilə bağlı videoçarx təqdim edib.
AZƏRTAC xəbər verir ki, videoçarxda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının törətdikləri bu vəhşiliyin təfərrüatı, eləcə də Xocalı soyqırımının səbəb və məqsədləri barədə türkdilli tamaşaçılara müfəssəl məlumat verilir.