Xocalı faciəsinin qurbanlarının xatirəsi Yaponiyada anılıb
27.02.2020 [11:00]
Xəbərin mətni
Fevralın 26-da Azərbaycanın Yaponiyadakı səfirliyində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yaponiyanın ictimai-siyasi dairələrinin, elmi mərkəzlərin və kütləvi informasiya vasitələrinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.