Türkiyə parlamentində “Xocalı tarixin qan yaddaşı” adlı sərgi açılıb
27.02.2020 [19:14]
Xəbərin mətni
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində (TBMM) rəsm sərgisi və konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində rəsmi şəxslər, diplomatlar, TBMM-nin üzvləri, KİV nümayəndələri iştirak ediblər.