CƏMİYYƏT


Xaçmazlı dərzi 500-dən çox tibbi maska tikərək sakinlərə paylayıb

Xaçmazlı dərzi Aynur Ağabalayevanın nəcib təşəbbüsü sakinlərin marağına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qımılqışlaq kəndində yaşayan A.Ağabalayeva qısa müddətdə ev şəraitində 500-dən çox tibbi maska tikərək sakinlərə pulsuz paylayıb.
Xaçmaz şəhərindəki moda evlərindən birində dərzi kimi çalışan gənc xanım koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar ev şəraitində fəaliyyət göstərir. Tikdiyi maskaların satış üçün nəzərdə tutulmadığını bildirir. Tam steril şəraitdə tikilən maskalar pambıq parçadan hazırlanır. Aynur Ağabalayeva maska tikmək üçün parçanın böyük hissəsini öz vəsaiti hesabına alıb. Həmçinin bəzi dostları parça almaq üçün ianə edib.