CƏMİYYƏT


SMS icazələrin 95 faizi bir ya iki dəqiqə ərzində cavablandırılıb AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”ni ərsəyə gətirib. Vətəndaşlar evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev SMS icazələrlə bağlı son statistikanı AZƏRTAC-a açıqlayıb.