CƏMİYYƏT


Karantin müddətində sakinlərə yardım ediləcək

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza “Evdə qal” devizi altında karantin müddəti başa çatana qədər çörək yardımı edəcək. Aksiya çərçivəsində sərhədyanı kəndlər başda olmaqla rayonun bütün ərazisindəki qeyd edilən sakinlərə gün ərzində ailə üzvlərinin sayına uyğun çörək paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır