ORDU


Naxçıvan Qarnizonu Qoşunlarının bölmələrində komandir hazırlığı məşğələləri keçirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.
Məşğələlərdə əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldilib.
Cəlb olunan heyətə əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi göstərilib.
Zabitlər bölmələrin və atəşin idarəolunması üzrə keçirilən taktiki təlimdə iştirak ediblər.