CƏMİYYƏT


BMT baş katibi Ümumdünya Sağlamlıq Günü ilə bağlı müraciət etdi

Bu il Ümumdünya Sağlamlıq Günü hamımız üçün çox çətin bir vaxta qeyd edilir.

Bu gün mən sağlamlığımızı qorumaq, təmin etmək üçün gecə-gündüz çalışan səhiyyə işçilərinə, o cümlədən tibb bacıları, mamalar, texniki işçilər, feldşerlər, təcili tibbi yardım işçiləri, əczaçlar, həkimlər, sürücülər, xadimələr, inzbibatçılar və digərlərinə müraciət edirəm.
Bu gün pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünüzü riskə ataraq gecə-gündüz çalışdığınıza görə sizlərə hər zamankından daha da çox minnətdarıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreşin Ümumdünya Sağlamlıq Günü ilə bağlı videomüraciətində deyir.