Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin COVID–19 ilə mübarizə çərçivəsində Azərbaycana tibbi humanitar yardım göndərib

07.04.2020 [14:37]

Xəbərin mətni

Çin Xalq Respublikasının Cek Ma Fondu və Alibaba Fondu COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana tibbi humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir kir ki, humanitar yardıma tibbi maska, test dəsti, xüsusi qoruyucu geyim, süni tənəffüs aparatı və məsafədən yoxlayan termometrlər (teplovizor) daxildir.