CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti ölkədə yaşayan əcnəbilərə müraciət edib

DMX-dan AZƏRTAC-a verilən məlumata görə, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin yaşayış yerini tərk edərkən icazə almaq üçün 8103 nömrəsinə SMS-lə göndərməli olduqları müvafiq sənəd nömrəsini rahat əldə edə bilmələri üçün video təlimat hazırlanıb. Əcnəbilər video təlimatla tanış olduqdan sonra sənəd nömrələrini daha rahat əldə edə biləcəklər.

Suallar yaranarsa, 24 saat fasiləsiz fəaliyyət göstərən (012) 919 Çağrı mərkəzilə əlaqə saxlamaq mümkündür.