CƏMİYYƏT


Astara gömrük postunun əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı ediblər

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun əməkdaşları karantin rejimi ilə əlaqədar rayon ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkiblər. Ümumilikdə, 57 ailəyə gündəlik qida məhsullarından ibarət ərzaq yardımı göstərən gömrükçülər, ailələrlə profilaktik söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə ediblər.