CƏMİYYƏT


Əlahiddə Çevik Polis Alayının əməkdaşı: Son günlər vətəndaşlar karantin rejiminə daha ciddi əməl edir

Əvvəlki günlərlə müqayisədə əhali xüsusi karantin rejimi qaydalarında daha ciddi əməl edirlər. Göründüyü kimi, şəhərdə bir o qədər vətəndaş yoxdur. Vətəndaşlar elekton qeydiyyatdan keçir, bəzi vətəndaşlar isə ərzaq və apteklərə müraciət etmək üçün SMS xidmətindən istifadə edir. Əməkdaşlarımız tərəfindən icazələrin düzgün olması xüsusi portal vasitəsi ilə elektron yoxlanılır. Bu icazələrin qanuni olmadığı aşkar olunduqda həmin şəxslər barəsində tədbirlər görülür. Bu sözləri AZƏRTAC-a müsahibəsində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı Rəşad Məmmədov deyib.