CƏMİYYƏT


Xüsusi karantin rejimi - Şəhərdəki polis postlarından REPORTAJ

Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar avtomobil yollarında nəzarət daha da gücləndirilib. Şəhərin avtomobil yollarında tez-tez polis postlarına rast gəlmək olur. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda icazə olmadan hərəkət edən şəxsləri, eləcə də nəqliyyat vasitələrinin sürücülərini və sərnişinləri yoxlayırlar. İcazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür. Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.