CƏMİYYƏT


Kürdəmirdə karantin rejimini pozan 2 nəfər həbs edilib

Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar respublikamızda tətbiq edilən gücləndirilmiş karantin rejimini pozan bir qrup Kürdəmir sakini cəzalandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsinin işçiləri son sutka ərzində karantin rejimini pozduqlarına görə 19 nəfəri saxlayıb və onlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Belə ki, saxlanılanlardan 17 nəfəri 100 və 200 manat məbləğində cərimə olunub, 2 nəfər barəsində isə inzibati qaydada həbs cəzası tətbiq edilib.