CƏMİYYƏT


Azərbaycanda koronavirusu məhv edən elektron maska hazırlanıb

Azərbaycanlı ixtiraçı Türkel Süleymanlı koronavirusla mübarizəyə dəstək üçün elektron maska hazırlayıb. Maskanın işləmə mexanizmi haqqında AZƏRTAC-a məlumat verən Türkel Süleymanlı bildirib ki, yaşından asili olmayaraq hər kəs bu maskanı istifadə edə bilər. Bu maskanı işlək hala gətirmək üçün içərisində xüsusi düyməsini sıxmaq lazımdır, işığı yananda deməli işə hazırdır. Maskanın ön hissəsində virusların məhv edilməsi üçün qoruyucu membran var. Bundan başqa maskada bir-çox elektron detallar var. Xaricdən daxil olmağa çalışan viruslar maskanın qoruyucu mexanizmi vasitəsilə əngəllənərək məhv edilir və insan orqanizminə daxil olmasının qarşısı alınır. Hələki prototipi yaradılan maska zamanlarda sənaye üsulu ilə istehsal oluna bilər. Qiyməti isə 30-50 manat arasında dəyişə bilər.

Embed code:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır