Azərbaycan Dövlət İnformasiya Agentliyi

İndiyə qədər SMS icazə alan vətəndaşların sayı açıqlanıb

13.04.2020 [10:46]

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev AZƏRTAC-a bildirib ki, indiyədək 8103 qısa nömrəsinə 6 milyon 850 min SMS göndərilib ki, bunlardan da təqribən 2 milyon 665 mini, yəni 39 faizi aidiyyatı olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. Aprelin 5-dən tətbiq olunan sistemi ilk günləri ilə müqayisə etsək, aidiyyatı olmayan məzmunla bağlı göndərilən SMS-lərin sayında azalma müşahidə olunur.