CƏMİYYƏT


8103-ə yalan mesaj yazan 56 nəfər cəzalandırıldı

Ötən sutka ərzində qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 qısa nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən 56 nəfərin şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, "Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" olan 8103 qısa nömrəsinə yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək üçün qanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslər daxili işlər orqanlarının əməkdaşları tərəfindən qısa zamanda müəyyən ediliblər.